Ethereum -un qurucularından Vitalik Buterin son yazdığı bloq yazısında məxfiliyin əhəmiyyətinə toxundu. Məxfiliyin yalnız kripto transferləri ilə məhdudlaşmaması lazım olduğunu bildirən Ethereum qurucusu, blokçeyn texnologiyasının təkbaşına kifayət etmədiyini söylədi. “Obfuscation” yəni gizləmə texnologiyası ilə blokçeyn -in birləşməsi lazım olduğunu bildirən Buterin , gizləmə texnologiyasının təkbaşına pul yaratmaqda kifayət etməyəcəyini yazdı: “Gizləmə və blokçeyn texnologiyası birləşəndə etibar problemi demək olar ki, tamamilə aradan qalxacaqdır. Təhlükəsiz, məxfi və senzura dayanıqlı sistemlər yaradıla biləcəkdir. Gizləmə texnologiyası təkbaşına pul yarada bilməz. Təkbaşına cüt xərcləməni (double spending) əngəlləyə bilməz. Məhz blokçeyn texnologiyası da burada dövrəyə girir və yaranan boşluğu doldurur. Bu gün edilə bilməyən bir çox şey artıq edilməyə başlanır” Ethereum kimi ağıllı müqavilə şəbəkələrinin bu birləşmədən ən çox fayda sağlayacaq platformalar olduğunu qeyd edən Buterin , bütün bunların hələ də praktikada etibarlı olduğunu və tətbiqdə hələ də texnologiyanın yetərsiz qaldığını bildirdi: “Təhlükəsiz gizləmə texnologiyası bu gün yalnız nəzəriyyədə mümkündür… Praktikada texnologiya çox yavaş qalır. İşləmə xərci inanılmaz yüksək səviyyələrdədir. Bugünkü kompüterlərlə praktik istifadə mümkün deyil. Ancaq daha ağıllı alqoritmlər ya da bambaşqa yeni bir texnologiya ilə bu problem də həll edilə bilər. Əgər bunu bacara bilsək, bir mənada kriptoqrafiya nı tamamilə həll etmiş olacağıq.”