Bitcoin 60 min dollar səviyyələrində qalmağa davam edərkən, kurumsal marağın da getdikcə azaldığı müşahidə olunur. Böyük qlobal birjalardakı qiymət ortalaması ilə Coinbase-dəki Bitcoin qiyməti arasındakı fərqi göstərən Coinbase Bitcoin Prim Endeksi uzun müddətdir mənfi səviyyədə idi. Bu gün etibarilə bu mənfi qalma müddəti 50 günə çatdı. Coinglass məlumatlarına görə, 19 maydan bəri bu indeks heç vaxt müsbətə keçməyib. Beləliklə, indeks tarixində görünən ən uzun mənfi seriya yarandı. Bundan əvvəlki seriya isə 40 gün idi və yenə bu il, 16 yanvar – 24 fevral tarixləri arasında müşahidə edilmişdi. Məlum olduğu kimi, Coinbase birjası kurumsal Bitcoin və kripto investisiyaları üçün də yaxından izlənilən bir şirkət mövqeyindədir... ABŞ-ın ən böyük kriptovalyuta birjası olan Coinbase , Prime platforması vasitəsilə demək olar ki, bütün kurumsal alqı-satqıların həyata keçirildiyi, hətta böyük ETF-lərin də saxlama əməliyyatlarının aparıldığı birja kimi tanınır. Məhz bu 50 günlük mənfi seriya da əslində ABŞ-da bu günlərdə Bitcoin-ə çox da böyük kurumsal marağın olmadığını göstərir. Xatırladaq ki, kurumsal marağın başqa bir göstəricisi olan Bitcoin ETF-ləri də iyun ayında 4.5 milyard dollarlıq xalis çıxış görmüşdü. Bu rəqəm də aylıq bazda rekord idi.