Fransanın terrorla mübarizə prokurorları bazar günü, böyük yəhudi əhalisinin yaşadığı Parisətrafı qəsəbədə park edilmiş avtomobildə silah tapıldıqdan sonra istintaqa başlayıblar. Daxili işlər nazirinin sözlərinə görə, şübhəli avtomobil barədə məlumatlar daxil olduqdan sonra şənbə axşamı Parisin şimalındakı Sarcelles qəsəbəsindən 300 nəfər təxliyə edilib və avtomobildə "hərbi təyinatlı silah" aşkar edilib. Prokurorlar bildiriblər ki, "terrorçu cinayət təşkilatı yaratmaq, şəxslərə qarşı hücumları nəzərdə tutan cinayətlərə hazırlaşmaq, terrorçu müəssisə ilə əlaqədar silah daşımaq, saxlamaq və əldə etmək ittihamları ilə" istintaq başlanılıb. Daxili İşlər Naziri Laurent Nunez BFMTV -yə bildirib ki, avtomobil şəhərin bir neçə sinaqoqundan birinin yaxınlığında tapılıb.