Kanada polisi bazar günü Torontoda Latın musiqi festivalında baş verən atışmada iki nəfərin ölməsi və dörd nəfərin ağır yaralanması ilə bağlı şübhəli və ya şübhəliləri axtarırdı. Şəhər Şurasının üzvü Coş Matlou sosial mediada şənbə gecəsi baş verən hücuma işarə edərək, “Polis hadisə yerində araşdırmalarını davam etdirir” dedi. O əlavə etdi ki, “Salsa on St Clair” festivalının son günü, bazar günü ləğv edilib. Polis rəisinin müavini Frenk Barredo nun sözlərinə görə, şənbə axşamı toplanan ilkin məlumatlara əsasən, “iki şəxs arasında atışma olub və hadisə yerindən iki odlu silah tapılıb”. O, atəş açanların ölənlər arasında olub-olmadığını dəqiqləşdirməyib. O, həmçinin atışmada daha çox insanın iştirak etməsi ehtimalını istisna etməyib. Barredo vəziyyəti çox “mürəkkəb” və “xaotik” adlandıraraq, “indiyə qədər heç bir həbs edilməyib” deyə əlavə edib və festival iştirakçılarından istintaqa kömək edə biləcək hər hansı bir görüntünü polisə göndərmələrini xahiş edib.