Qətərin keçmiş lideri Şeyx Həməd bin Xəlifə Əl Sani 74 yaşında vəfat edib. Bu barədə ölkə hökuməti bazar günü elan edib. Bəyanatda deyilir: “Əmir Bürosu mərhumun millət üçün böyük itkisindən kədərlənir, Allah ona rəhmət eləsin”. Şeyx Həməd müasir Qətərin əsas memarlarından biri idi və 1995-ci ilin iyununda qansız çevrilişlə atasından hakimiyyəti ələ almışdı. O, böyük təbii qaz ehtiyatları sayəsində ölkənin iqtisadiyyatını bugünkü zəngin qlobal güc mərkəzinə çevirməklə tanınır.