MOSKVA , 13 iyul. /TASS/. Vladimir Zelenski Ukraynada hərbi vəziyyətin və səfərbərlik kampaniyasının 2 avqust tarixindən etibarən daha 90 gün müddətinə uzadılması haqqında qanun layihələrini parlamentə təqdim edib. Bu barədə Verxovna Radanın (Ukrayna parlamenti) saytında məlumat verilib. Qanun layihələri parlament səsverməsinə çıxarılmadan əvvəl Radanın müvafiq komitəsi tərəfindən nəzərdən keçiriləcək.