TEHRAN , İran -- İslam Dövləti qruplaşmasının iki üzvü İslam Respublikasına qarşı silahlı üsyanda təqsirli bilinərək edam edilib. Bu barədə İran dövlət televiziyası çərşənbə axşamı məlumat yayıb. Məlumata görə, həmin şəxslər Mohieddin Abdollahi və Hossein Palani olaraq müəyyən edilib. Bildirilib ki, onlar qruplaşmanın İraq və Suriya da ərazi məğlubiyyətindən sonra formalaşan və İran daxilində hücumlar planlaşdıran bir İslam Dövləti hücrəsinə aid idilər. Məlumata görə, İran təhlükəsizlik qüvvələri hücrənin planlarını həyata keçirməzdən əvvəl İraq sərhədi yaxınlığındakı Bamo dağlıq ərazisindəki gizləndiyi yeri müəyyən edib.