Fed sədri Warsh , Nümayəndələr Palatası Maliyyə Xidmətləri Komitəsi üçün hazırladığı çıxış mətnində faiz endirimləri və ya artırımları barədə yenə də sirr vermədi. Reuters xəbər agentliyinin əldə etdiyi mətndə yeni sədrin “ən böyük prioritet” olaraq inflyasiyaya vurğu etdiyi görünür. Warsh -ın inflyasiya ilə bağlı tətbiq edəcəkləri siyasətə çox güvəndiyi görünür, yeni sədr 2% -lik hədəfdən güzəştə getməyəcəklərini bildirir: “Əgər siyasətimizi düzgün tətbiq etsək, ki bunu edəcəyik, son 5 ildəki inflyasiya yüksəlişi artıq geridə qalacaq. İnfilyasiyanı aşağı salacağıq. Həmçinin Fed -in 2% inflyasiya hədəfi dəyişməyəcək” Warsh , iyun ayındakı ilk iclasında olduğu kimi, buradakı yazısında da qurumun və özünün faiz hərəkətləri ilə bağlı düşüncələri haqqında heç bir siqnal vermədi. İyun iclasından sonra bazar Warsh -ın açıqlamalarını “şahin” hesab etmiş və bu səbəbdən bazarlarda enişlər müşahidə edilmişdi. Lakin mövzu ilə bağlı qeyri-müəyyənlik davam edir. ABŞ -da bu gün açıqlanan iyun ayı inflyasiya məlumatları gözləntilərdən xeyli aşağı gəlmişdi. Manşet inflyasiya 3.8% gözlənilərkən 3.5% , əsas inflyasiya isə 2.8% gözlənilərkən 2.6% olaraq açıqlanmışdı.