MOSKVA , 15 iyul. /TASS/. Argentina dinc atom enerjisi sahəsində Rusiya ilə əməkdaşlığı dayandırıb. Bu barədə Rusiyanın Argentinadakı səfiri Dmitri Feoktistov “İzvestiya”ya bildirib. “Bildiyimizə görə, dinc atom enerjisi sahəsində ikitərəfli əməkdaşlıq hazırda həyata keçirilmir”, — diplomat nəşrə deyib. Feoktistov “İzvestiya”ya bildirib ki, eyni zamanda, Rusiya və Argentina şirkətləri arasında elektrik enerjisi sənayesi, bərpa olunan enerji mənbələri və neft-qaz sənayesi sahələrində əməkdaşlığa qarşılıqlı maraq qeydə alınır. Rusiya və Argentina hökumətləri arasında dinc atom enerjisi sahəsində əməkdaşlıq haqqında hələ 2014-cü ilin yayında imzalanmış saziş 2018-ci ilin noyabrında qüvvəyə minib.