Litva kəşfiyyat məlumatlarına əsasən, Rusiyanın infrastruktura hücumları planlaşdırdığını və ehtiyat tədbiri olaraq enerji və nəqliyyat obyektləri ətrafında təhlükəsizliyin gücləndiriləcəyini bildirib. Bu barədə Prezident Gitanas Nauseda çərşənbə günü dərc olunan müsahibəsində deyib. Nauseda BNS xəbər agentliyinə verdiyi müsahibədə hücumların nə vaxt və harada planlaşdırıldığı barədə məlumatı olmadığını və ölkəsinin hədəf olduğunu demədiyini bildirib. O deyib: “Bizim (kəşfiyyat) xidmətlərimizdən aldığımız belə siqnallar var. Onlar yeri və ya vaxtı dəqiq müəyyən etmirlər... çünki rəqib planlaşdırmasının sonunda deyil və biz yalnız planlaşdırma və ya məqsəd haqqında bilirik.” O əlavə edib: “Bu, kritik infrastruktura fiziki zərər vurmağa yönəlmiş müxtəlif vasitələr ola bilər... Bu obyektlərin fəaliyyətini dayandıran hər şey.” NATO üzvü olan Litva – Rusiyanın Kalininqrad anklavı və Moskvanın müttəfiqi Belarusla quru sərhədlərini bölüşür – Rusiyanın 2022-ci ildə Ukraynaya təcavüzündən bəri müdafiə xərclərini üç dəfə artırıb. Qonşu Polşa bu ayın əvvəlində Qərb kəşfiyyat agentliklərinin öz ərazisinə və Baltikyanı dövlətlərə qarşı Rusiya hücumları riskindən narahat olduğunu bildirmişdi. Moskva Ukraynadan kənar ölkələrə qarşı sabotaj və digər hücumlar planlaşdırması və ya həyata keçirməsi ittihamlarını müntəzəm olaraq rədd edərək, bu cür xəbərlərin anti-Rusiya təbliğat kampaniyasının bir hissəsi olduğunu bildirir.