Dünyanın ən böyük iqtisadiyyatlarından biri olan və son dövrlərdə Web3 sahəsində də çox əhəmiyyətli addımlar atan Yaponiyada kriptovalyutalarla bağlı mühüm qanun dəyişikliyi edilib. Ölkə mediasında yer alan xəbərlərə görə; Yaponiyada kriptovalyutalar artıq maliyyə məhsulu kimi tənzimlənəcək. Rəqəmsal Valyutalar Kriptovalyutalar bu dəyişiklikdən əvvəl Ödəniş Xidmətləri Qanunu çərçivəsində tənzimlənərkən, bundan sonra Maliyyə Alətləri və Birja Qanununa daxil ediləcək. Beləliklə, kriptovalyutalar səhmlərə bənzər şəkildə tənzimlənəcək və eyni statusa sahib olacaq. Dəyişikliklə bağlı ən vacib məqamlardan biri də 20%-lik vergi oldu. Xəbərlərdə kripto qazanclarına artıq təxminən 20% nisbətində ayrı bir vergi tətbiq olunacağı bildirilir. Lakin bu vəziyyət, köhnə sistemdən daha sərfəli olacaq kimi görünür. Çünki Yaponiyada fərdi kripto qazancları bəzi hallarda gəlir vergisi çərçivəsinə daxil edilirdi və daha böyük bir vergi diliminə düşürdü. Yəni 20%-lik vergi yüksək görünsə də, köhnə sistemə görə daha sərfəli olacaq. İnvestorlar da, sabit bir vergi dərəcəsi üzərindən gələcəklərini daha rahat görə biləcəklər. Digər tərəfdən, zərərlər də vergiyə cəlb olunmayacaq. 3 illik dövrlər halında tətbiq olunacaq bu sistemdə, son qalan xalis rəqəmin vergisi ödəniləcək. Məsələn, bir investor 150 min dollar qazanc əldə edib, daha sonraki il 100 min dollar zərər edərsə, 50 min dollar üzərindən vergi ödəyəcək. Yeni qanun kripto ETF-ləri üçün də tənzimləyici çərçivə yaradacaq. Beləliklə, bir çox kripto əsaslı fondun təsdiqi üçün də yol açılmış oldu.