Argentinanın vitse-prezidenti Viktoriya Villarruel iki ölkənin Dünya Kubokunun yarımfinal qarşılaşması ərəfəsində ingilisləri “qəsbkar quldurlar” adlandırıb. Villarruel X-dəki paylaşımında “Biz qəsbkar quldurlara qarşı oynayırıq. Bu, sadəcə başqa bir matç deyil” deyib. Bu ikonik futbol matçı Cənubi Atlantika Okeanında , ispan dilində Malvinas kimi tanınan Folklend adaları üzərində davam edən suverenlik mübahisəsi fonunda keçiriləcək.