Çin Kommunist Partiyası Siyasi Bürosunun daimi komitəsinin üzvü Vanq Huninq Pxenyanqda Şimali Koreya nın hakim Fəhlə Partiyasının yüksək vəzifəli rəsmisi Co Yonq Von ilə danışıqlar aparıb. Bu barədə cümə axşamı Şimali Koreya dövlət mediası KCNA məlumat yayıb. KCNA -nın məlumatına görə, Huninq in rəhbərlik etdiyi Çin nümayəndə heyəti Şimali Koreya nın dəvəti ilə çərşənbə günü Pxenyanq a gəlib. KCNA bildirib ki, görüşdə Huninq Çin in Si Cinpin və Şimali Koreya lideri Kim Çen In arasında Si nin Pxenyanq a səfəri zamanı əldə olunan razılaşmanın həyata keçirilməsi üçün “ Çin partiyasının və hökumətinin iradəsini” təsdiqləyib. O, həmçinin iki ölkə arasında dostluq əlaqələrinin 65-ci ildönümünə toxunub. Co Huninq ə bildirib ki, Şimali Koreya Pekin ilə strateji əlaqələri və taktiki əməkdaşlığı inkişaf etdirməyə çalışır. KCNA əlavə təfərrüatlar vermədən bildirib ki, iki rəsmi ictimai rifahın yaxşılaşdırılması və biznes, mədəniyyət və iki ölkənin hakim partiyaları arasında qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi yollarını müzakirə ediblər. Bu ayın əvvəlində Şimali Koreya nın baş naziri Pak Tae Sonq Pekin də Si ilə görüşüb. Si iki müttəfiqi qlobal mühitin qeyri-sabitliyi fonunda “strateji qətiyyəti” qorumağa və Kim ilə əldə etdiyi razılaşmaların həyata keçirilməsini sürətləndirməyə çağırıb.