ABŞ prezidenti Donald Tramp cümə axşamı bildirib ki, Çin 2020-ci il seçki dövründə başlayan və “tarixdə seçki məlumatlarının ən böyük pozulması” hesab edilən əməliyyatı həyata keçirib. Ağ Evin məlumatına görə, bu pozuntu nəticəsində Çin 220 milyon ABŞ seçicisinin faylını əldə edib. Tramp deyib: “Bu məlumat itkisi görünməmiş seçki təhlükəsizliyi kabusu yaradır”. Vaşinqtondakı Çin Səfirliyinin sözçüsü isə bildirib ki, Pekin “heç vaxt ABŞ -ın prezident seçkilərinə müdaxilə etməyib və etməyəcək”.