Avropa İttifaqı cümə günü İsrailə İordan çayının qərb sahilindəki yaşayış məntəqələrini genişləndirməkdən çəkinməyə çağırışını təkrarladı. AB-nin diplomatik xidmətinin sözçüsü bəyanatında deyib: "AB İsrailə yaşayış məntəqələrinin daha da genişləndirilməsindən, forpostların qanuniləşdirilməsindən, torpaqların mənimsənilməsindən, söküntülərdən, evdən çıxarılmalardan və iki dövlətli həllin həyata keçirilməsinə xələl gətirən digər birtərəfli tədbirlərdən çəkinməyə çağırışını təkrarlayır." Bu həftənin əvvəlində, İsrailin təhlükəsizlik kabineti İordan çayının qərb sahilində 34 yeni yaşayış məntəqəsinin yaradılması üçün 1.3 milyard şekel (427.8 milyon dollar) büdcə ilə bir planı təsdiqləmişdi. Yaşayış məntəqələrinin sayının 103-ə çatdırılması qərarı. Qərara əsasən, yaxın gələcəkdə 34 yeni yaşayış məntəqəsi yaradılacaq – doqquzu Samariya bölgəsində, yeddisi Binyamin bölgəsində, dördü Hebron ərazisində, yeddisi İordan Vadisində , altısı Qush Etzion ərazisində və biri Megilot Regional Şurası ərazisində. Bu, hazırkı hökumət dövründə İordan çayının qərb sahilində yaradılan yaşayış məntəqələrinin ümumi sayını 103-ə çatdıracaq.