Xilasetmə rəsmiləri bildiriblər ki, Norveçin cənubundakı Drammen şəhərində baş verən böyük yanğın nəticəsində 100-dən çox ev dağılıb. Oslo dan təxminən 30 mil qərbdə yerləşən ərazidən yüzlərlə insan təxliyə edilib. İndiyə qədər heç bir tələfat və ya itkin düşən şəxs barədə məlumat verilməyib. Onlarla yanğınsöndürən yaxınlıqdakı meşəyə yayılan yanğını söndürmək üçün çalışır.