Avropa İttifaqı və Körfəz ölkələri birgə şəkildə İrandan Hörmüz boğazını daimi olaraq açıq saxlamasını tələb edərək, strateji su yolunda beynəlxalq naviqasiyaya hər hansı icazə və ya rüsumlara qarşı çıxıblar. Birgə bəyanatda ölkələr, dünyanın ən işlək neft daşınma yollarından biri boyunca naviqasiya azadlığı prinsipini təsdiqləyərək, boğaz üzərində hər hansı “qeyri-qanuni iddiaları” və ya nəzarəti rədd etdiklərini bildiriblər. ABŞ Dövlət Departamenti Yaxın Şərqdə artan gərginlik və gözlənilməz eskalasiya potensialını əsas gətirərək, amerikalılar üçün dünya miqyasında xəbərdarlıq yayıb. O, ABŞ vətəndaşlarına , xüsusilə də regionda olanlara, daha çox ehtiyatlı olmağı, yerli xəbərləri izləməyi və ən yaxın ABŞ səfirliyi və ya konsulluğu tərəfindən verilən təhlükəsizlik xəbərdarlıqlarına əməl etməyi tövsiyə edib.