Yeddi ölkədən iyirmi üç qaçışçı Arktikanın coğrafi Şimal Qütbündə təşkil edilən yarışlarda iştirak edib. Təşkilatçılar bu tədbiri "dünyanın ən sərin marafonu" adlandırıblar. Yarışlar Arktikada , coğrafi Şimal Qütbündə sürüşən dəniz buzunda baş tutub. İştirakçılar Norveçdən Fransanın qütb gəmisi Le Commandant Charcot ilə gəliblər. Onlar gəmidən düşərək aşağıdakı buz üzərində 1,055 metrlik dövrədə qaçıblar. Təhlükəsizlik tələbi olaraq termal geyim və xilasedici jilet geyiniblər. Danimarkadan Rikke Dam qadınlar arasında 6:54:02 vaxtla qalib gəlib, Çindən Wang Shengxian isə kişilər arasında 3:52:22 vaxtla yarışı udub.