The 1975 qrupunun solisti Matty Healy və model Gabriette Bechtel Los-Ancelesdə evləniblər. Cütlük doqquz aylıq münasibətdən sonra 2024-cü ildə nişanlandığını elan edib və şənbə günü evlənib. Cütlüyün nümayəndələrinin yaydığı bəyanatda bildirilib ki, cütlük “ailə üzvləri və yaxın dostlarının iştirakı ilə Los-Ancelesdə özəl mərasimdə” evlənib. Bir neçə ABŞ media orqanının məlumatına görə, onlar Madonna nın Hollywood Hills dəki keçmiş mülkündə evləniblər və mərasimdə Charli XCX kimi məşhurlar da iştirak edib.