İspaniyanın Dünya Kuboku qələbəsini qeyd edərkən, ölkənin qərbində f əvvarənin çökməsi nəticəsində bir yeniyetmə həlak olub və bir neçə nəfər yaralanıb. Bu barədə yerli hakimiyyət orqanları və media bazar ertəsi məlumat verib. Ciudad Rodrigo bələdiyyəsi Facebook səhifəsində verdiyi açıqlamada: “ Ciudad Rodrigo şəhər bələdiyyəsi kədərini ifadə edir və 13 yaşlı oğlanın ölümü ilə əlaqədar başsağlığı verir” deyib. Bələdiyyə əlavə edib ki, “ İspaniya komandasının futbol Dünya Kubokunda qələbəsinin qeyd edilməsi faciəyə çevrildi” və bir neçə nəfər də yaralanıb. Təcili yardım xidmətləri sosial mediada bildirib ki, “yerli vaxtla gecə 12:30-dan bir neçə dəqiqə sonra xilasetmə xidmətlərinə fəvvarənin çoxsaylı insanların üzərinə çökməsi ilə bağlı zənglər daxil olub” və əlavə edib ki, başqa bir gənc də xəsarət alıb. Yerli media xəbər verib ki, fəvvarə futbol həvəskarı olan ölkədə İspaniyanın 2010-cu ildən bəri ilk Dünya Kuboku qələbəsini qeyd etmək üçün üzərinə çıxan çoxsaylı insanların ağırlığı altında çöküb.