ASTANA, 20 iyul. /TASS/. Qazaxıstanın Energetika Nazirliyi Qara dənizdəki Xəzər Boru Kəməri Konsorsiumu terminalında Nelsa tankerinin pilotsuz uçuş aparatı (PUA) ilə hücuma məruz qaldığını təsdiqləyib. Hadisə nəticəsində xəsarət alan olmayıb və neft sızması baş verməyib. "Mövcud məlumata görə, iyulun 19-dan 20-nə keçən gecə PUA XBK dəniz terminalında yüklənən Nelsa tankerininə hücum edib. Hadisə nəticəsində yanğın baş verib, lakin tez bir zamanda söndürülüb. Xəsarət alan olmayıb və neft sızması baş verməyib", - nazirlik bəyanatında bildirib. Hazırda gəminin texniki vəziyyəti və hadisənin nəticələri qiymətləndirilir. Qazaxıstan nazirliyi Xəzər Boru Kəməri Konsorsiumu ilə daimi əlaqədədir. İyulun 19-da Qazaxıstan Xarici İşlər Nazirliyi bildirib ki, XBK nefti daşıyan tankerlərə edilən hücumlar respublikanın iqtisadi maraqlarına qəbuledilməz müdaxilədir. Nazirlik Astana nın dəymiş zərərə görə təzminat tələb edə biləcəyini istisna etməyib.