Hindistan , Odesa yaxınlığında Qvineya-Bisau bayrağı altında üzən " Golden Leo " ticarət gəmisinə edilən Rusiya raket zərbəsini pisləyib. Hadisə nəticəsində dörd hindistanlı ekipaj üzvü həlak olub, biri isə ağır vəziyyətdə yaralanıb. Ukrayna nın ən böyük dəniz limanı və Qara dəniz də mühüm dəniz mərkəzi olan Odesa limanından çıxarkən gəmiyə iyulun 19-u axşamı hücum edilib. Hadisə zamanı gəmidə beş Hindistan vətəndaşı da daxil olmaqla 17 ekipaj üzvü olub. Xarici İşlər Nazirliyi (XİN) bildirib ki, hücumda dörd Hindistan vətəndaşı həlak olub, biri isə kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib. XİN -in məlumatına görə, Hindistan ın Ukrayna dakı missiyası vəziyyəti yaxından izləyir və zərərçəkənlərə mümkün olan hər cür yardımı göstərmək üçün bütün səyləri göstərir. " Hindistan bu cür hücumları pisləyir və ticarət gəmiçiliyini hədəf almağın, günahsız mülki ekipaj üzvlərini təhlükəyə atmağın və ya naviqasiya və ticarət azadlığını başqa şəkildə əngəlləməyin pislənilməli olduğunu və bundan çəkinilməli olduğunu təkrarlayır" deyə bildirilib. Reuters agentliyinin Ukrayna rəsmilərinə istinadən verdiyi məlumata görə, Ukrayna nın cənubundakı Odesa limanı yaxınlığında qarğıdalı daşıyan Qvineya-Bisau bayraqlı " Golden Leo " gəmisinə üç qanadlı raket dəyib və 10 nəfər həlak olub. Gəminin 17 ekipaj üzvündən səkkizi xilas edilib. Ukrayna hərbi dəniz qüvvələri Telegram mesajlaşma proqramında yazıb ki, Rusiya Hindistan və Suriya dan olan ekipaj üzvləri ilə idarə olunan Qvineya-Bisau bayraqlı " Golden Leo " gəmisinə üç qanadlı raketlə zərbə endirərək bazar günü yanğına səbəb olub. Şəhərin hərbi administrasiyasının rəhbəri Serhiy Lysak bildirib ki, Rusiya nın Ukrayna nın ən böyük dəniz limanı olan Odesa ya bazar ertəsi etdiyi ayrı bir hücumda üç nəfər həlak olub və üç nəfər yaralanıb.