Sosial media fenomenləri Andrew Tate və Tristan Tate , Böyük Britaniyaya ekstradisiyaya qarşı mübarizə aparacaqlar. Orada qardaşlar təcavüz və insan alveri ittihamları ilə üzləşirlər. Onların vəkili bazar ertəsi bildirib ki, Mayami də həbsləri siyasi motivli olub, lakin səbəbini izah etməyib. Tate qardaşları şənbə günü həbs olunduqdan sonra bazar ertəsi ilk dəfə federal məhkəmədə görünüblər və federal həbsdə saxlanılırlar. Yaxın həftələrdə ABŞ rayon hakimi onların ekstradisiya şərtlərini yerinə yetirib-yetirmədiyini nəzərdən keçirəcək. ABŞ magistratı Lauren Louis iyulun 27-nə başqa bir dinləmə təyin edib.