Rusiya bazar ertəsi iki italyan diplomatı persona non grata elan etdiyini bildirib və bunu İtaliyada iki Rusiya səfirliyi əməkdaşının qovulmasına cavab tədbiri adlandırıb. İtaliyanın Xarici İşlər Naziri Antonio Tajani iyulun 9-da bildirmişdi ki, Roma casusluq fəaliyyətlərində iştirak etdiyi iddia edilən İtaliyadakı Rusiya səfirliyinin iki hərbi attaşesini ölkədən çıxarıb. Rusiya Xarici İşlər Nazirliyi bəyanatında bildirib ki, İtaliya səfirliyinin müdafiə attaşesinin köməkçisi Vittorio Parrella və attaşe Davide D’Aprile persona non grata elan edilib və ailələri ilə birlikdə üç gün ərzində Rusiyanı tərk etməlidirlər. Nazirlik həmçinin bildirib ki, Rusiya səfirliyi əməkdaşlarının qovulması ilə əlaqədar İtaliyanın müvəqqəti işlər vəkili Giovanni Scopa çağırılıb.