[P1] Avrozonada istehlakçılar keçən ay inflyasiya gözləntilərini azaldıblar. Bu, Yaxın Şərqdə enerji qiymətlərini aşağı salan, lakin qısa müddətli olan atəşkəslə əlaqədar ola bilər. Bu məlumat Avropa Mərkəzi Bankının (AMB) sorğusunda öz əksini tapıb.