[P1] Hakerlər son günlər Wall Street -in əsas pul menecerlərinə qarşı bir sıra mürəkkəb kiberhücumlar həyata keçirməyə cəhd ediblər. Bu barədə Bloomberg News çərşənbə günü məsələ ilə tanış olan şəxslərə istinadən xəbər verib. Hücumlar onların informasiya sistemlərini hədəf alıb.