Zincir üstü tədqiqatçı Axel Adler , Bitcoin -də volatiliyin aşağı səviyyədə olduğuna diqqət çəkdi. Qiymət hərəkətini və bazarı şərh edən analist, Bollinger bandı genişliyinin 3.8% səviyyəsinə düşdüyünü və bunun son 2 il də görülən ən böyük qiymət sıxılmalarından birinə işarə etdiyini söylədi. Bazarda volatiliyin bir ölçüsü olaraq da görülən Bollinger bant genişliyi, üst bant ilə alt bant arasındakı genişliyi ölçür. Buradakı bantların bir-birinə yaxın olması isə volatiliyin xeyli düşdüyünü göstərir. Adler də bu sıxılmaya, yəni üst bant ilə alt bandın bir-birinə getdikcə yaxınlaşıb arasındakı boşluğun da 3.8%-ə düşməsinə vurğu edir: “ Bitcoin -də volatilite son iki ilin ən aşağı səviyyəsinə endi. Bu vəziyyət adətən böyük bir qiymət hərəkətinin yaxınlaşdığını göstərir. Lakin hazırda bu hərəkətin yuxarı, yoxsa aşağı olacağını söyləmək mümkün deyil” Xatırladaq ki, başqa bir məşhur analist Benjamin Cowen də, son videosunda Bitcoin və kripto bazarı nın artıq bir qərarvermə mərhələsində olduğunu bildirmişdi. May ayında 80 min dollar səviyyəsindən 70 min dollar ın altına düşən Bitcoin qiyməti, iyun un sonunda isə 58 min dollar ı görmüşdü. Adler mövzu ilə bağlı analizində həmçinin Bitcoin -in uzun müddət daha bu dar bantda hərəkət edə bilməyəcəyini qeyd edir: “Bazar həddindən artıq sıxılmış vəziyyətdədir və dəqiq bir istiqaməti yoxdur. Bu vəziyyət, sərt bir hərəkət öncəsindəki klassik enerji yığma dövrünə çox bənzəyir. Bu dövrləri volatiliyin artdığı zamanlar izləyir. Amma bu unudulmamalıdır ki, Bollinger bandı nın genişliyi bizə növbəti hərəkətin istiqamətini söyləmir”