Polşa hakimiyyəti, Rusiya kəşfiyyat xidmətləri tərəfindən işə götürüldüyü iddia edilən bir Rusiya vətəndaşının Varşava da Ukrayna-ABŞ vətəndaşını öldürmək planını boşa çıxarıb. Bu barədə cümə axşamı günü Polşa nın Baş naziri Donald Tusk məlumat verib. O, mətbuat konfransı zamanı insident haqqında əlavə təfərrüatlar verməsə də, hökumət sözçüsü Rusiya vətəndaşının avqustun 7-də Polşa hakimiyyəti tərəfindən nəzarətə alındığını bildirib. Baş nazir Tusk, hədəf alınan Ukrayna-ABŞ vətəndaşının “ Putin rejimi üçün narahatlıq doğurduğunu” qeyd edib. Baş nazir Tusk , Rusiya vətəndaşının Ukrayna və ABŞ pasportu olan bir şəxsi öldürmək üçün işə götürüldüyünü vurğulayıb. O, hədəf alınan şəxsin kimliyi barədə əlavə məlumat verməyib. Tusk bildirib ki, “son anda, Daxili Təhlükəsizlik Agentliyi və polisin fəaliyyəti sayəsində bu sui-qəsdin, bu hücumun qarşısını almaq mümkün olub”. O əlavə edib ki, “biz qəbul etməliyik ki, Putin rejimi müxtəlif səbəblərdən narahatlıq doğuran insanları aradan qaldırmağa çalışacaq”. Varşava nın “yəqin ki, yenidən oxşar təzyiq altında qalacağını” da qeyd edib. NATO və AB üzvü olan Polşa , Moskva nın 2022-ci ildə Ukrayna ya tammiqyaslı işğalından bəri dəfələrlə Rusiya nı “sabotajda” ittiham edib. Tusk , bu hadisənin “ Rusiya nın sifarişi ilə” başqa bir NATO ölkəsinin ərazisində ABŞ vətəndaşına qarşı hücum cəhdi olduğunu bildirib. İyun ayında Rusiya prezidenti Vladimir Putin i tənqid edən bir Rusiya rəssamı Polşa nın şərqindəki Biala Podlaska şəhərində güllələnərək öldürülmüşdü. Polşa , Ukrayna ya hərbi və digər təchizat üçün bir mərkəz rolunun onu Rusiya casusluğu və hücumları üçün hədəfə çevirdiyini bildirir. Varşava dakı Rusiya səfirliyi şərh sorğusuna dərhal cavab verməyib. Rusiya hakimiyyətinin bir neçə opponentləri xaricdə, o cümlədən Böyük Britaniya , Almaniya və Litva da hücumların qurbanı olublar. Moskva isə Avropa güclərinin hücumlarla bağlı ittihamlarını müntəzəm olaraq rədd edərək, Qərb in Rusiya əleyhinə paranoyanı qızışdırdığını iddia edir.