Nyu-York -- Boğma və bəzi digər məhdudlaşdırma üsullarını qadağan edən yerli qanun əsasında ilk dəfə mühakimə olunan Nyu-York Şəhər Polis İdarəsinin əməkdaşı cümə axşamı məhkum edildi. Xəbər agentliklərinin məlumatına görə, Omar Habib Corc Floydun ölümündən sonra qəbul edilmiş qanunda nəzərdə tutulan yüngül cinayət, eləcə də ağırlaşdırılmış boğma və yüngül xəsarət yetirmə cinayətlərində təqsirli bilinib və 7 ilə qədər həbs cəzası ilə üzləşir. Habib həmçinin Nyu-York Polis İdarəsindən qovulub. O, əvvəllər maaşsız olaraq işdən uzaqlaşdırılmışdı.