Polis bu ilin əvvəlində İtaliya muzeyindən oğurlanmış üç rəsm əsərini tapıb. Martın 22-nə keçən gecə baş verən oğurluğun təhlükəsizlik kamerası görüntüləri səlahiyyətlilər tərəfindən yayımlanıb. Görüntülərdə Parma şəhəri yaxınlığındakı Magnani Rocca Muzeyi nə iki maskalı oğrunun daxil olduğu əks olunub. Rəsmlərin ümumi dəyəri 9 milyon avro (7.8 milyon funt sterlinq) olaraq qiymətləndirilir ki, bu da son illərdə İtaliya da baş verən ən əhəmiyyətli sənət oğurluqlarından biridir. Polis verdiyi açıqlamada Cézanne , Renoir və Matisse tərəfindən çəkilmiş rəsmlərin axtarışlar zamanı tapıldığını təsdiqləyib, lakin əlavə təfərrüatlar verməyib. İstintaq davam edir.