İtaliya polisi bir neçə ay əvvəl oğurlanmış, dəyəri 10 milyon dollardan çox olan üç rəsm əsərini geri qaytarıb. Parma polis rəisi Andrea Pagliaro cümə günü AFP xəbər agentliyinə bildirib ki, doqquz moldovalı oğurluqla əlaqədar istintaqa cəlb olunub və onlardan beşinin soyğunçuluğu həyata keçirdiyi güman edilir. Sənət əsərləri martın sonunda şimaldakı Parma şəhəri yaxınlığındakı Fondazione Magnani Rocca muzeyindən üç dəqiqədən az çəkən bir əməliyyatla götürülüb. İtaliyanın daxili polis qüvvəsi, Karabinierlər və onun mədəni irsin mühafizəsi bölməsi cümə günü verdiyi açıqlamada Paul Cezanne , Pierre-Auguste Renoir və Henri Matisse tərəfindən çəkilmiş rəsmlərin Parma dakı bir mənzildən tapıldığını elan edib.