Meksikanın keçmiş prezidenti Andres Manuel Lopez Obradorun oğlu Andres Manuel Lopez Beltran , ABŞ-ı siyasi motivli manevrlə vizasını ləğv etməkdə ittiham edib. Andres Manuel Lopez Beltran bu iddianı cümə axşamı gecə ABŞ Prezidenti Donald Trampa ünvanladığı və sosial mediada yayımladığı açıq məktubda irəli sürüb. O, ABŞ Dövlət Katibi Marko Rubio və onun müavini Kristofer Landau-nu viza ləğvinə əmr verməkdə günahlandırıb. Lopez Beltran Trampa yazdığı məktubda “Belə təkəbbürlü bir hərəkəti əsaslandırmaq üçün heç bir səbəb yoxdur” deyib.