Nyu-York , 14 avqust. /TASS/. Birləşmiş Ştatlar İranı məhv etmək niyyətində deyil, lakin əgər İslam Respublikası hücum edərsə, Vaşinqton '100 dəfə sərt' cavab verəcək, — ABŞ prezidenti Donald Tramp bildirib. Fox News müxbirinin İranın noyabrda keçiriləcək aralıq Konqres seçkiləri ərəfəsində daha aqressiv davranıb-davranmayacağı ilə bağlı sualına Tramp cavab verib: “Biz bütün ərazini həqiqətən məhv etmək qabiliyyətindəyik.” O, davam edib: “Biz bunu etmək istəmirik. Əgər onlar zərbə endirsələr, biz yüz dəfə sərt cavab verəcəyik.”