Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp İranla gərginliyin artdığı bir vaxtda Hürmüz boğazını ölkəsinin “ərazisi” elan etmək planlarını açıqlayıb. Cümə günü Nyu-Yorkda çıxış edən Tramp tərəfdarlarına bildirib ki, ABŞ tezliklə qlobal neft, təbii qaz və gübrə tədarükü üçün kritik əhəmiyyət kəsb edən bu vacib su yoluna iddia edəcək. Tramp gülərək deyib: “Biz İranı məğlub etməyi bitirdikdən sonra, hansı ki, çox pis məğlub edilir, tezliklə Hürmüz boğazını Amerika Birləşmiş Ştatlarının ərazisi elan edəcəyəm.” Fevralın 28-dən bəri ABŞ və İsrail bir sıra aqressiv zərbələr endirdikdən sonra İranla müharibə vəziyyətindədir.