Azərbaycan Banklar Assosiasiyası (ABA) nümayəndə heyətinin Yaponiya ya etdiyi işgüzar səfər, iki ölkə arasında bankçılıq sektorunda əməkdaşlığın genişləndirilməsi məqsədini güdür. Səfər çərçivəsində ABA nümayəndələri Yaponiya Banklar Assosiasiyası (JBA) ilə görüşərək, bank sisteminin müasir inkişaf istiqamətləri, ödəniş infrastrukturu və rəqəmsal bankçılıq sahəsindəki yeniliklər barədə məlumat mübadiləsi aparıblar. Görüşdə ABA-nı Zakir Nuriyev və Yunus Abdulov təmsil edirdi, Yapon tərəfini isə Yasuyuki Matsumoto və onun komandası. Yapon tərəfi, ölkənin bank sistemi və makroiqtisadi vəziyyəti haqqında ətraflı məlumat təqdim edib. Eyni zamanda, ABA nümayəndə heyəti, Azərbaycanın bank sektorunda həyata keçirilən rəqəmsallaşma prosesləri, ödəniş sistemlərinin genişləndirilməsi və maliyyə islahatları barədə məlumat verib. Səfər çərçivəsində həmçinin bir sıra yüksək səviyyəli işgüzar görüşlər keçirilib. Tərəflər arasında müzakirələr zamanı, bankçılıq sektorunda qabaqcıl beynəlxalq təcrübələr, rəqəmsal aktivlər , süni intellekt texnologiyalarının tətbiqi və maliyyə əməliyyatlarının şəffaflığının artırılması məsələləri geniş müzakirə olunub. Bu görüşlər, Azərbaycan və Yaponiya bankçılıq sektorları arasında əməkdaşlığın daha da genişləndirilməsi və innovativ yanaşmaların tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfərin nəticələri, iki ölkənin bank sektoru arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafına yeni imkanlar açır.