Şənbə səhəri erkən saatlarda İspaniyanın cənubundakı Qranada şəhərində 5 bal gücündə zəlzələ baş verib. Regional hökumət evlərə və avtomobillərə ziyan dəydiyini, lakin xəsarət alan olmadığını bildirib. Zəlzələ səhər saat 1-dən sonra Alhendin metropoliten ərazisini vurub. İspaniya televiziya kanalı TVE küçədə dağılmış qalıqları və məşhur turistik şəhərdə avtomobillərə dəyən bəzi ziyanı göstərib. Andalusiya təcili yardım xidmətləri zədələnmiş binalardan bir sıra insanı xilas edib. Andalusiya regional hökumətinin vitse-prezidenti Antonio Sanz Cabello şənbə günü X-dəki paylaşımında səlahiyyətlilərin fövqəladə vəziyyət elan etdiyini bildirib. O deyib: “Əgər Qranadadasınızsa , zəlzələni hiss etmisinizsə, yaxşısınızsa və evinizdə heç bir ziyan yoxdursa, sakit olun və lazımsız yerə binalara girib-çıxmaqdan çəkinin.” “Küçədə fasadlardan, karnizlərdən, eyvanlardan, divarlardan və yıxıla biləcək digər elementlərdən uzaq durun.”