Aktrisa Hayden Panettiere 36 yaşında vəfat edib. Onun nümayəndəsi bir neçə ABŞ xəbər agentliyinə bu barədə məlumat verib. Atası Skip Panettiere verdiyi açıqlamada deyib: "Sevimli Haydenimizin faciəvi ölümünü dərin kədərlə bölüşürük. O, inanılmaz bir işıq və təbiət qüvvəsi idi, onu tanıyan hər kəsə və ekranda izləyən milyonlarla insana ölçüyəgəlməz sevgi və sevinc bəxş etdi." Onun ölümünün təfərrüatları dərhal açıqlanmayıb.