Cənubi Koreya ordusu çərşənbə günü bildirdi ki, ABŞ ilə illik birgə hərbi təlimləri təxminən yarıya endirəcək. Bu qərar, Prezident Donald Trampın Pentaqona təlimləri azaltmağı əmr etməsindən və bu payızda Şimali Koreya lideri Kim Çen In ilə görüşmək üçün təzyiq göstərməsindən sonra verilib. Cənubi Koreya silahlı qüvvələrinin bəyanatına görə, illik birgə Ulchi Freedom Shield təliminin müddəti 17-21 avqust tarixlərinə qədər azaldılacaq.