SEUL , 19 avqust . /TASS/. Koreya Respublikası və Amerika Birləşmiş Ştatları silahlı qüvvələri birgə "Ulchi Freedom Shield" təlimini vaxtından əvvəl, avqustun 21-də başa çatdıracaq. Bu barədə Seulun Birləşmiş Qərargah Rəisləri (JCS) bəyanatında bildirib. "Ulchi Freedom Shield" təliminin avqustun 17-dən 27-dək keçirilməsi planlaşdırılırdı. " ABŞ tərəfinin təklifi ilə Koreya Respublikası və Amerika Birləşmiş Ştatları təlimlərin vaxtını və əhatə dairəsini tənzimləmək qərarına gəlib. Cari "Ulchi Freedom Shield" təlimləri avqustun 17-dən 21-dək keçiriləcək", - bəyanatda deyilir. "Ulchi Freedom Shield" ABŞ və Koreya Respublikası tərəfindən keçirilən iki ən böyük təlimdən biridir. Cənubi Koreya təlimlərə 18 000 hərbi qulluqçunu cəlb etməyi planlaşdırmışdı.