Ukrayna nın populyar keçmiş müdafiə naziri Mixail Fedorov müharibə dövründə seçkilərin keçirilməsinə çağırıb ki, bu da Prezident Vladimir Zelenski yə ciddi etiraz kimi qiymətləndirilib. Ölkə 2022-ci ildə Rusiya nın tammiqyaslı işğalından bəri hərbi vəziyyət altındadır, bu da seçkilərin dayandırılması deməkdir. Fedorov çərşənbə axşamı yayımladığı videoda deyib: “Demokratiya Rusiya tərəfindən girov götürülə bilməz”. Lakin Fedorovun toxunmadığı, müharibədən zərər çəkmiş bir ölkədə azad və ədalətli seçkilərin necə keçirilə biləcəyi ilə bağlı praktiki narahatlıqlar var. Fedorov həmçinin Zelenski yə qarşı namizəd olub-olmayacağını təsdiqləməyib. BBC -nin müxbiri Dan Conson Kiyev dən xəbər verir.