BANQUİ , Mərkəzi Afrika Respublikası – Mərkəzi Afrika Respublikasının qərb hissəsində qızıl mədəninin uçması nəticəsində ölənlərin sayı 100-ü keçib. Bu barədə çərşənbə günü xilasetmə işlərində iştirak edən Qızıl Xaç könüllüsü və yerli rəsmi şəxs bildirib. Aşağı texnologiyalı, əl əməyi ilə işləyən qızıl mədəni çərşənbə axşamı səhər saatlarında Nana-Mambere prefekturasının Zamboye kəndində, Kamerun sərhədi yaxınlığında uçub. Xilasetmə işlərində iştirak edən yerli Qızıl Xaç könüllüsü Gervais Ganagoroh bildirib ki, indiyədək 100-dən çox cəsəd tapılıb, bir neçə sağ qalan şəxs isə ağır yaralanıb. Zamboye gənclər şurasının üzvü Bertrand Be Yangue də ölənlərin sayının 100-dən çox olduğunu, bir neçə nəfərin hələ də itkin düşdüyünü və digərlərinin dağıntılar altında qaldığını nəzərə alaraq bu rəqəmin arta biləcəyini söyləyib.