BMT , 21 avqust. /TASS/. Avropa ölkələrinin Gürcüstanın daxili siyasətinə müdaxilə etmək və Gürcüstanı NATO-ya cəlb etmək cəhdlərindən heç bir yaxşı nəticə çıxmayacaq, — Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Vasili Nebenzya bildirib. "Biz həmçinin bəzi həmkarlarımızı Gürcüstan istiqamətində dağıdıcı gündəliyi irəli sürməkdən çəkinməyə çağırırıq. Aİ-nin ölkənin daxili siyasi vəziyyətinə müdaxilə etmək, eləcə də Tbilisini NATO-ya cəlb etmək cəhdləri heç bir yaxşı nəticə verməyəcək", — Rusiya diplomatı jurnalistlərə deyib. O əlavə edib ki, " Gürcüstanın hazırkı praqmatik rəhbərliyi bunu yaxşı başa düşür".