ABŞ Geoloji Xidmətinin məlumatına görə, cümə axşamı Perunun cənub And dağlarında 6.7 bal gücündə zəlzələ baş verib. Dərhal heç bir ziyan barədə məlumat verilməyib. USGS bildirib ki, zəlzələ yerli vaxtla saat 13:00-da baş verib və Ayakuço regionunun Parinacochas əyalətindəki Upahuacho şəhərindən 38 kilometr şimal-qərbdə mərkəzləşib. Onun dərinliyi 66.7 kilometr olub. Zəlzələ Peru nun bir neçə cənub regionunda, o cümlədən İca və Arequipa da hiss olunub. Peru tez-tez seysmik aktivliyin müşahidə olunduğu Sakit Okean “Odlu Həlqəsi”nin bir hissəsi olduğu üçün zəlzələlər tez-tez baş verir. 2007-ci ildə İca regionunun bir əyalətində baş verən 7.9 bal gücündə zəlzələ nəticəsində təxminən 600 nəfər həlak olmuşdu.