Yaponiya 2009-cu ildə oyun salonunda yanğın törədərək beş nəfəri öldürən şəxsi edam edib. Bu, ölkədə bir ildən çox müddətdə ilk dəfə ölüm hökmünün icra edilməsidir. 58 yaşlı Sunao Takami Osakadakı evinə yaxın bir paçinko oyun salonuna benzin töküb yandırmış, nəticədə dörd müştəri və bir işçi həlak olmuşdu. Altı nəfərdən ibarət münsiflər heyəti və üç hakimdən ibarət panel müdafiə tərəfinin Takaminin cinayət zamanı ruhi xəstə olması barədə arqumentini rədd edərək, onu 2011-ci ildə asılmağa məhkum etdi. Yaponiya və Amerika Birləşmiş Ştatları hələ də ölüm cəzasını tətbiq edən yeganə G7 ölkələridir . Yaponiyada ölüm hökmünə məhkum edilmiş məhbuslara asılma barədə adətən cəmi bir neçə saat əvvəl xəbər verilir.