Bir kişi, Böyük Britaniyada ev yoldaşını öldürdüyü üçün ömürlük həbs cəzasına məhkum edilib. Bu hadisə, onun Rumıniyada “çox oxşar” bir qətlə görə həbs cəzasını başa vurduqdan cəmi üç il sonra baş verib. 59 yaşlı tikinti işçisi Eugeniu Neamtu , “Cimmi” kimi tanınan, fevralın 20-də Şərqi Londonda , Volsoustouda ev yoldaşı 63 yaşlı Gheorghe Tricanı bıçaqlayaraq öldürməkdə təqsirli bilinib. Cümə günü Old Beylidə çıxış edən hakim Riçard Marks KC , Neamtunu minimum 27 il müddətinə ömürlük həbs cəzasına məhkum edib. Məhkəməyə bildirilib ki, Neamtu həmyerlisi rumıniyalı Tricanı ürəyindən, 2006-cı ildə öz ölkəsində törətdiyi əvvəlki qətlə demək olar ki, eyni şəraitdə bıçaqlayıb.