[P1] Rusiya daxili bazarda yanacaq qıtlığı davam etdiyi üçün dizel ixracına qadağanı sentyabr ayına qədər uzatmağa hazırlaşır. Reuters -ə danışan üç sənaye mənbəyi bildirib ki, bu qərar, Ukrayna dron hücumlarından sonra bir sıra neft emalı zavodlarının hələ də fəaliyyətsiz qalması ilə əlaqədardır.