Son dövrlərdə süni intellekt dəstəkli hücumlar qədər, gələcəkdəki mümkün kvant dəstəkli hücumların da çox danışıldığı kripto dünyasında Ethereum tərtibatçıları şəbəkəni qorumaq üçün yeni bir təklif irəli sürdülər. Ethereum Foundation -ın kvant təhlükəsizliyi komandasının lideri olan Thomas Coratger ilə birlikdə müstəqil tədqiqatçılar Kevaundray Wedderburn və Tom Wambsgans tərəfindən hazırlanan təklif, ETH yatırma müqaviləsini kvant hücumlarına davamlı etməyi hədəfləyir. Bilindiyi kimi Ethereum şəbəkəsi 2022-ci ildə stakinq xüsusiyyətinin də olduğu PoS sisteminə keçmişdi. Bu sistemdə ETH -lər yalnız BLS olaraq bilinən imza sistemi ilə yatırıla bilir. Yəni validator/doğrulayıcı olmaq istəyən hər kəs eyni tip açarı ( BLS ) istifadə etmək məcburiyyətindədir. Yəni mövcud müqavilə ( ETH yatırma müqaviləsi) yalnız BLS qəbul edir. Buna görə də kvant-davamlı bir imza sistemi gəlsə belə, bu müqavilə yeni sistemi qəbul etməyəcək. Bu da əslində müqavilənin də dəyişdirilməsi lazım olduğunu göstərir. Tədqiqatçılar, daha çevik və həm BLS , həm də digər imza sistemlərini qəbul edən bir “ ETH yatırma müqaviləsi” hazırlayacaqlar. Yəni təklifin qəbul edilməsi halında, ETH yatırma müqaviləsi yenidən dizayn ediləcək. Təklifin həyata keçməsi halında ilk mərhələdə ETH -lər, opsional olaraq BLS -in də daxil olduğu bir çox imza sistemi ilə yatırıla biləcək, lakin yekun hədəfin isə BLS -in, yəni kvant-davamlı olmayan imza sisteminin tamamilə ləğv edilməsi və digər yeni açarların istifadə edilməsi olduğu bildirilir.