ABŞ -ın keçmiş prezidenti Co Bayden in oğlu Hunter Bayden in çox müzakirə olunan meme koinu ticarətə açıldı. Bir istifadəçinin dəqiqələr ərzində 1 milyon dollar dan çox qazanc əldə etdiyi, digərinin isə yenə dəqiqələr ərzində 200 min dollar ını 4 min dollar a endirdiyi LAPTOP , təxminən 1 saat ərzində 200 dollar dan 2 dollar a düşdü. Riskə gedən investorlardan böyük məbləğlər qazanan da oldu, itirən də... Lookonchain in verdiyi məlumatlara görə, bir investor meme koin çıxan kimi 250 min dollar lıq sərmayə qoydu. Dəqiqələr ərzində bu pulunu 1.2 milyon dollar edən investor, 1.1 milyon dollar lıq mənfəətini götürdü və tokendə yalnız 100 min dollar saxladı. Başqa bir investor isə Binance birjasından aldığı 200 min dollar lıq borcu, token qiyməti 200 dollar ın üzərinə çıxdığında yatırdı. Sanki ən yüksək nöqtədən alan bu şəxsin 200 min dollar lıq sərmayəsi qiymətin 2 dollar səviyyəsinə enməsi ilə təxminən 2500 dollar a düşdü.