YENİ DEHLİ , 12 sentyabr. /TASS/. BRICS ölkələri Hindistanda keçirilən qrupun sammitində qəbul edilmiş Yeni Dehli Bəyannaməsində Kubaya qarşı iqtisadi, ticarət və maliyyə tədbirlərinə son qoyulmasına çağırıb. Sənəddə deyilir: “Biz BMT Baş Assambleyasının Qətnaməsinə uyğun olaraq Kubaya qarşı iqtisadi, ticarət və maliyyə tədbirlərinə son qoyulmasının zəruriliyini bir daha təsdiq edirik”. BRICS liderləri “ölkəyə qarşı birtərəfli blokada tədbirlərinin sərtləşdirilməsi, onların Kuba iqtisadiyyatına , enerji təchizatına mənfi təsirləri və Kuba xalqına humanitar təsiri ilə əlaqədar Kubadakı vəziyyətdən dərin narahatlıqlarını” ifadə ediblər.