Aparıcı süni intellekt şirkəti Anthropic -in rəhbəri Dario Amodei süni intellekt modellərinin inkişaf sürətinin yavaşlamasına və yaxından nəzarət edilməsinə çağırıb. O, “We Must Pace the Frontier” adlı uzun essedə süni intellektin inkişafının şübhə doğurmadığını, lakin onunla bağlı risklərin “ciddi” olduğunu və şirkətlərə, hökumətlərə onları həll etmək üçün vaxt verilməli olduğunu bildirib. O, inkişaf etdirilən süni intellekt modellərinin müstəqil monitorinqi, sənaye miqyasında tənzimləmə və qlobal tənzimləmə daxil olmaqla üç bəndlik plan təklif edib. Son vaxtlar texnologiyanın potensial riskləri ilə bağlı narahatlıqlar artmaqdadır – ən ciddi narahatlıqlar isə növbəti on il ərzində onun “bütün insanları məhv edə bilməsi” ehtimalının 10%-dən çox olduğunu göstərir.